Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcək

Dekabrın 10-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokolu hər iki ölkənin xarici işlər nazirləri imzalayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən, iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.
"Qeyd etmək istərdik ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.
Vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb", - XİN-dən bildirilib.
Tərəflər habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaq.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












