Azərbaycan vətəndaşları Türkiyəyə bu şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

"Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq".
Avtosfer.az-ın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov REAL TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: "Yəni vətəndaşlar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndaşlarının işini asanlaşdıracaq".
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












