Azərbaycana gələn turistlərin sayı azaldı

"Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub".
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.
E"Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turzimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turzim azalma ilə başa vurub.
Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb",- deyə Vüqar Bayramov qeyd edib.
Qeyd edək ki, gələnlərin 23,4 faizi Rusiya, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










