Azərbaycanda 108 yaşlı qadın peyvənd olunub - FOTO

Yevlax rayonunun 108 yaşlı sakini COVID-19 əleyhinə peyvənd olunub.
Rayonun Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzində peyvənd edilib. N.Məmişova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Yevlax rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq yaşı 50-dən yuxarı olan vətəndaşların da peyvəndlənməsinə başlanılıb.
Fevralın 5-dən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə başlayıb. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə şəhər icra hakimiyyətinin internet səhifəsində məlumat yerləşdirilib, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilib./AzerTAC
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














