Azərbaycanda Avrasiya Logistika Alyansının nəqliyyat və logistika məntəqəsi qurula bilər

Avrasiya Logistika Alyansına daxil olan nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP)olublar.
Bu barədə Avtosfer.az-a SKSP-dən bildirilib.
Məlumata görə, nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel Zavodu və “ALCO” MMC-nin Sürtkü yağlarının istehsalı müəssisəsində gedən iş prosesi ilə tanış olublar.
Sonra şirkət rəhbərləri ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.
20-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonaları və aqroparkları barədə təqdimat təşkil edilib. Şirkət rəhbərləri, həmçinin Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının logistik imkanları, burada və Sumqayıt Kimya Sənaye Parkında yaradılacaq gömrük anbarları barədə məlumatlandırılıblar.
Görüşdə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində Avrasiya Logistika Alyansının Azərbaycanda nəqliyyat və logistika məntəqəsinin qurulmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Avrasiya Logistika Alyansı gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətləri özündə birləşdirir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












