Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 9 faizdən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 6 milyon 170 min ton yük daşınıb. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 526,3 min ton və yaxud 9,3 % çoxdur. Məlumata əsasən, yüklərin 48,2 %-i neft yükləri olub. Dəniz limanları vasitəsilə 8 milyon 857,2 min tonluq (-4,4 %) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 milyon 82,6 min tonunu (-4,6 %) və yaxud 80,1 %-ni tranzit yüklər təşkil edib. Sentyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 400,2 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 min ton və yaxud 2,2 % azdır. 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 158 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 1 500 nəfər və yaxud 8 % azalaraq 17,2 min nəfər olub.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












