Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI

Xəbərlər 25 İyun 2026 10:11
Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI
WhatsApp kanalımıza abunə olun

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib. 

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

 

Oxunub : 1280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh