Küləkli havada dənizə gedənlər: Bu xəstəliklərə yoluxa bilərsiniz

İyunun son günlərinə yaxınlaşsaq da, paytaxtda küləkli hava şəraiti davam edir. Külək səbəbindən dənizdə dalğaların hündürlüyü artıb, bəzi çimərliklərdə isə dənizə girmək təhlükəli hesab olunur. Buna baxmayaraq, isti havadan yararlanmaq istəyən çoxsaylı vətəndaşlar çimərliklərə üz tutur.
Bəs küləkli və dəyişkən hava şəraitində dənizə girmək qulaq, burun və boğaz sağlamlığı üçün hansı risklər yaradır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı otolarinqoloq Lalə Seyfullayeva “Yeni Sabah”a bildirib ki, küləkli hava şəraitində dənizə girmək infeksiya riskini artırır:
“Yay mövsümü gəlib və dəniz mövsümü açılıb. Dənizin olması bizim üçün böyük şansdır. Çünki dənizin suyunun və qumun müalicəvi təsiri var. Ama utmamalıyıq ki, Bakı küləklər şəhəridir və küləkli havada dənizə girmək risklidir. Əsasən, qulaq, burun orqanları üçün. Küləkli havada dəniz dalğalı olur və dənizin suyu təmiz olmur. Qulaq burun boşluqları açıq olduğunu üçün dəniz suyu rahatlıqla keçə bilir. Nəticədə, insanlar hər hansı infeksiyaya tutula bilər”.
Mütəxəssis qeyd edib ki, yay mövsümündə ən çox rast gəlinən LOR problemləri qulaq göbələyi (otomikoz), sinusit və digər infeksion xəstəliklərdir:
“Dəniz mövsümündə ən çox rast gəlinən LOR xəstəlikləri qulaqda göbələk infeksiyaları( otomikozlar), burunda sinuzintlər, digər infeksiyon xəstəliklər olur. Soyuq külək və yaş bədən fonunda, əsasən yuxarı tənəffüs yolları infeksiyaları yaranır. Buna rinitlər, bronxitər, xarici və orta qulaq infeksiyaları daxildir”.
L.Seyfullayeva belə problemlərdən qorunmaq üçün küləkli günlərdə çimərlikdən uzaq durmağı və mövsüm başlamazdan əvvəl LOR müayinəsindən keçməyi məsləhət görüb:
“Əlbəttə, küləkli havada dənizə getməmək tövsiyə olunur. Yaxşı olardı pasiyentlər dənizə getmədən öncə qulaq burun orqanlarını profilaktik müayinə etsinlər. Dənizə girdikdən sonra qulaqlarını, burun və ağız boşluğunu quru və təmiz saxlasınlar. Dənizin həm müsbət, həm mənfi tərəfləri var. Müsbət olan - duzlu su dəri xəstəliklərində, allergik rinitlərdə müalicəvi effekt göstərir, ama qulaqda olan qulaq kiri ilə təmas zamanı qaşıntıya səbəb olur və nəticədə xarici qulaq infeksiyalarına gətirib çıxarır”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












