Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir".
Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, qiymətlərin sabitləşməsi üçün bazarda rəqabətin güclənməsi vacibdir:
"Bunun üçün isə yeni və alternativ taksi platformalarının fəaliyyətə başlamasına şərait yaradılmalıdır. Əgər bazarda alternativ xidmətlərin sayı artsa, rəqabət formalaşa və qiymətlər müəyyən qədər tənzimlənə bilər. Lakin hazırda belə bir perspektiv o qədər də real görünmür. Buna görə də taksi xidmətlərinin qiymətlərinin yüksələcəyini düşünürəm. Azərbaycanda taksi xidmətlərinin qiymətləri nominal olaraq Avropa ölkələri ilə müqayisədə daha aşağıdır. Bəzi hallarda bu fərq 1,3-2 dəfə arasında dəyişir. Lakin məsələ yalnız xidmətin qiymətində deyil, əhalinin gəlir səviyyəsindədir".
V.Oruc qeyd edib ki, minimum və orta aylıq əməkhaqqı göstəriciləri nəzərə alınaraq müqayisə aparıldıqda fərqli mənzərə ortaya çıxır:
"Əgər taksi qiymətlərini insanların qazancı ilə müqayisə etsək, görərik ki, Azərbaycanda bu xidmətin yükü heç də Avropa ölkələrindən az deyil. Hətta bəzi hallarda əməkhaqqına nisbətdə taksi xərcləri daha yüksək görünür. Yəni qiymətlərin özünü müqayisə etdikdə xidmət ucuz təsir bağışlasa da, əhalinin gəlirləri fonunda taksidən müntəzəm istifadə etmək hər kəs üçün əlçatan deyil".
Məhz gəlir səviyyəsi səbəbindən taksi xidmətlərinin Azərbaycanda geniş istifadə imkanları məhdudlaşır. Bu baxımdan, taksi qiymətlərini qiymətləndirərkən yalnız tarifləri deyil, vətəndaşların alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












