Azərbaycanda qəribə oğurluq hadisəsi: Oğru ev sahibi ilə polis gələnə kimi bir xeyli söhbət edib - VİDEO

Elə bir dövrə gəlib çıxmışıq ki, filmlərdə gördüyümüz səhnələrlə artıq real həyatda rastlaşırıq. Paytaxtda mənzilə oğurluğa girən şəxsi ev sahibləri, həm də elə iş başındaca yaxalayıblar.
Bu məqamda oğru çıxış yolunu onlardan birini bıçaqlamaqda görüb. Lakin həmin şəxs qısa müddətdə ev yiyələri tərəfindən zərərsizləşdirilib, hətta, polis gələnə kimi onlarla bir xeyli söhbət də edib.
Öncə 3-4 gün evi müşahidə ediblər, daha sonra dəmir barmaqlıqları qırıb evə daxil olublar. Ancaq ev sahibi oğrunu elə evdəcə tutub... Oğru isə ev sahibini bıçaqlayaraq hadisə yerindən qaçmaq istəyib...
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsindəki evlərdən birində baş verib. Ev sahiblərinin sözlərinə görə, oğruların daxil olduğu evdə yaşayış olmayıb. Hadisədən isə eyni həyətdə yaşayan ev sahibinin qohumu xəbər tutub.
Ev sahiblərinin sözlərinə görə, polis gələnə qədər evə daxil olan şəxslə söhbət ediblər.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hadisə zamanı xəsarət almış Səməd Tağıyev 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda vəziyyəti kafidir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanıb, digərinin isə şəxsiyyəti müəyyən olunub. Hadisə ilə bağlı əməliyyat tədbirləri davam etdirilir
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












