Azərbaycanda taksidən istifadə edənlərin sayı xeyli artıb

2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 12,0 faiz və 53,8 faiz azalıb.
2021-ci ilin yanvar ayında nəqliyyatçılar 68,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 8,0 milyon ton yük, 68,5 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 22,8 faiz və 46,6 faiz azalma qeydə alınıb.
Sərnişinlərin 92,1 faizi avtobus, 7,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 23,4 faiz, sərnişin dövriyyəsi isə 45,6 faiz azalıb.
Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı artıb. Belə ki, ötən ilin yanvar ayında sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdi./trend
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












