Azərbaycandan Gürcüstana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “VOLVO” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti itin reaksiyası ilə nəqliyyat vasitəsində tullantılar qoyulan torbada üzərində yanıq izləri olan kolba aşkarlanıb.
Bundan sonra sürücünün üzərində şəxsi yoxlama zərurəti yarandığından yoxlama otağına dəvət olunub və üzərindən ümumi çəkisi 19 qram narkotik vasitə - tiryək və 4 qram narkotik vasitə - marixuana aşkar edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












