Azərbaycandan Gürcüstana nə qədər benzin və dizel yanacağı ixrac edilib?

Azərbaycandan Gürcüstana ixrac edilən benzin və dizel yanacağının həcmi açıqlanıb.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.
Belə ki, 2020-ci ilin 11 ayı ərzində Azərbaycan Gürcüstanın benzin və dizel yanacağı idxalı üzrə məhsul ixracının 19,3 faizini təşkil edib. Müvafiq dövr ərzində ölkəmizdən Gürcüstana 194 min ton benzin və dizel yanacağı ixrac olunub.
Gürcüstanın benzin və dizel yanacağı üzrə idxalında Azərbaycan ixrac həcminə görə Rusiyadan sonra ikinci ölkədir.
Azərbaycandan sonra 192 min ton ixracla Rumıniya (19,1 faiz), 102,9 min ton ixracla Bolqarıstan (10,2 faiz), 93,2 min ton ixracla Türkmənistan (9,3 faiz), 40,6 min ton ixracla Yunanıstan (4 faiz), 39,1 min ton ixracla Qazaxıstan (3,9 faiz), 14,7 min ton ixracla Türkiyə (1,5 faiz), 10,7 min ton ixracla Moldova gəlir.
Bildirilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında Gürcüstanda benzin və dizel yanacağı idxalı 1004,8 min ton təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












