Azərbaycanın "Aİ-95" və "Aİ-98" markalı benzinin idxal etdiyi ölkələrin reytinqi - FOTO

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 38 326,8 min ABŞ dolları dəyərində 65 172,07 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 60,4%-i məhz Rusiyanın payına düşüb. Yanvar-sentyabrda Azərbaycan Rusiyadan 23 413,22 min dollar dəyərində 39 376,6 ton "Aİ-95" markalı benzin idxal edib ki, bu da illik müqayisədə müvafiq olaraq 69,2% və 2,3 dəfə çoxdur.
Bundan əlavə, hesabat dövründə Azərbaycan bu ölkədən 229,06 ton "Aİ-98" markalı benzin idxal edib. Qeyd edək ki, ötən il Azərbaycana Rusiyadan sözügedən markalı benzin idxal edilməyib.
Bununla yanaşı, cari ilin 9 ayında Azərbaycan 1 500,72 min dollar dəyərində 1 892,54 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.
Hesabat dövründə Azərbaycana "Aİ-98" ("Super") markalı benzininin ixracı üzrə 62,6%-lə Belarus lider olub. Belə ki, Azərbaycan yanvar-sentyabrda bu ölkədən 1 185,35 ton "Aİ-98” benzini idxal edib. Bu, illik müqayisədə 13,8% azdır.
Azərbaycana "Aİ-95" və "Aİ-98" benzinini ixrac edən ölkələrin siyahısı:
|
# |
Ölkə |
2020-ci ilin yanvar-sentyabrında həcmi, ton |
2020-ci ilin yanvar-sentyabrında dəyəri, min $ |
2019-cu ilin yanvar-sentyabrında həcmi, ton |
2019-cu ilin yanvar-sentyabrında dəyəri, min $ |
|
"Aİ-95", cəmi |
65 172,07 |
38 326,8 |
39 358,70 |
30 079,86 |
|
|
1 |
Rusiya |
39 376,60 |
23 413,22 |
17 497,02 |
13 841,20 |
|
2 |
Rumıniya |
20 222,54 |
11 186,40 |
21 761,64 |
16 151,11 |
|
3 |
Bolqarıstan |
3 430,67 |
2 233,54 |
- |
- |
|
4 |
İran |
2 142,25 |
1 493,65 |
46,93 |
43,78 |
|
5 |
Yunanıstan |
- |
- |
53,10 |
43,77 |
|
"Aİ-98", cəmi |
1 892,54 |
1 500,72 |
1 375,9 |
1 219,71 |
|
|
1 |
Belarus |
1 185,35 |
918,18 |
1 375,9 |
1 219,71 |
|
2 |
Yunanıstan |
268,30 |
217,05 |
- |
- |
|
3 |
Rusiya |
229,06 |
201,45 |
- |
- |
|
4 |
Rumıniya |
209,83 |
164,04 |
- |
- |
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi










