Azərbaycanlı bloqer əsgərlər üçün yığılan pula avtomobil alıb? - FOTO
Xəbərlər
18 Yanvar 2021 17:13

Vətən müharibəsində insanlardan yardım yığıb ön cəbhəyə göndərən şəxslərdən birinin həmin yardımların müəyyən qismini mənimsəməsi barədə iddialar ortaya çıxıb. Hətta onlardan bəzilərinin özlərinə bahalı avtomobil aldığı da iddialar sırasındadır. Ölkə.az xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli barəsində belə iddialar dolaşan Elçin Lənkəranski adlı şəxslə əlaqə saxlayıb. E.Lənbəranski bildirib ki, yeni avtomobil alıb, amma bunu yardım üçün yığılan vəsaitlə etməyib: "Bundan əvvəl yazdığım postla bağlı Elçin Lənbəranski mənə zəng etdi. Söz verdim ki, mövqeyni olduğu kimi yazacam. Elçin bəy bugünlərdə yeni (salofan) maşın aldığını təsdiqlədi. Ancaq bildirdi ki, bu maşının alınmasının Ordumuza edilən yardın kampaniyasına heç bir aidiyyəti yoxdur.
Maşının alınması ilə bağlı Elçin Lənbəranskinin hesabatını olduğu kimi təqdim edirəm: "Aldığım təzə maşın Cənubi Koreya istehsalı olan "Haval H2"-dir. Qiyməti 31900 manatdır. Kreditə yox, nəğd pula alsam da, borca girmişəm. 7 min manata öz sürdüyüm "Passat"ı satdım. 2500 manat qardaşımdan borc götürmüşəm. 11 min manatı isə yeznəm vasitəsilə borc götürmüşəm. Yerdə qalanını isə mənə dəyər verən qeyrətli vətən oğulları həll edib. Onlara müraciət etmişəm, çatmayan məbləğdə pulu pay olaraq mənə göndəriblər".
Əlavə heç bir şərh vermədən, mübarək olsun, deyirəm!".
Qeyd edək ki, E.Lənbəranski həmçinin bloqer fəaliyyəti ilə də məşğuldur.

Oxunub : 3152
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
15 Oktyabr 2026 16:18
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
ŞƏRH YAZ












