"Azərbaycanlı əsgərlər erməniləri ələ salırlar" - Xankəndidə - FOTO

Şahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir. Avtosfer.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in “prezident müşaviri” Tiqran Abramyan yazıb. Abramyan Paşinyana müraciət də edib: “Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.
"Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dollaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini sanki evlərindəki kimi hiss edirlər. Doğrudur, bütün bunlar rusiyalı sülhməramlıların müşayiəti ilə olur. Ammə mahiyyət dəyişmir ki".
Abramyan daha sonra yazıb: "Nikol Paşinyan, səndə vicdan var?! Anlayırsan ki, imzaladığın sənədin, anlaşmanın nəticəsi olaraq azərbaycanlı əsgərlər Xankəndidə bizi ələ salırlar?!".
Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.
Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.
Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı













