“Azərpoçt” Kəlbəcərdə fəaliyyətə başladı - FOTO

İşğaldan azad olunan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Belə ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.
Avtosfer.az xəbər verir ki, yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.
Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.
Bildirək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.
Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar www.azerpost.az veb-saytını ziyarət edə və ya “169” Çağrı mərkəzi ilə əlaqə yarada bilərlər.



Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












