“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Azərbaycan Mətbuat Şurası ilə birlikdə 9 Oktyabr – Ümumdünya Poçt Günü münasibətilə elan etdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, milli mətbuatın 150 illiyi ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılması məqsədilə “Azərpoçt” MMC tərəfindən tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, müxtəlif təşkilatların nümayəndələri, media təmsilçiləri və müsabiqə iştirakçıları daxil olmaqla, ümumilikdə 200-ə yaxın qonaq iştirak edib.
Müsabiqə çərçivəsində təqdim olunan ən uğurlu və özünəməxsus yazıların müəllifləri mükafatlandırılıblar. Belə ki, I yer üzrə Yaqut Aslanova, İlahə Məmmədli və Pərvanə Qafarova, II yer üzrə Nazim Hacıyev, Lalə Mehralıyeva və Suvar İbadov diplom və mükafat ilə təltif olunublar.
Bundan əlavə, digər iştirakçılar da fəallıqlarına görə dəyərləndirilib.
Müsabiqənin təşkil edilməsində əsas məqsəd poçt sahəsində baş verən dəyişikliklər, rəqəmsallaşma prosesində ənənəvi poçtun yeni mərhələsini işıqlandırmaq, həmçinin media nümayəndələrinin bu istiqamətdə yaradıcı fəaliyyətini təşviq etmək olub.


Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












