“Azərpoçt” MMC “Visa B2B Connect” ödəniş platformasına qoşuldu

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub.
Avtosfer.az xəbər verir ki, “Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir.
“Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır.
Platformanın əsas üstünlükləri:
Ödənişlərin eyni gün və ya növbəti iş günü ərzində çatdırılması;
Vəsaitlərin benefisiar banka kəsintisiz ötürülməsi;
Valyuta konversiyası və komissiyaların əməliyyata qədər tam aydın görünməsi;
Ödəniş statusunun real vaxt rejimində izlənməsi;
Avtomatlaşdırılmış proseslər hesabına əməliyyat xətalarının və vaxt itkisinin azaldılması;
İş proseslərinin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması;
Geniş analitik və hesabat alətləri ilə qərarvermə prosesinin dəstəklənməsi.
Bununla da “Visa B2B Connect” platforması biznes sahibləri üçün əməliyyatları sadələşdirir, insan səhvlərini minimuma endirir və daha ağıllı qərarların qəbulu üçün analitika və hesabat alətlərindən istifadəni mümkün edir.
Eyni zamanda “Azərpoçt” müştərilərinə qlobal bazarda daha səmərəli fəaliyyət göstərməyə kömək etmək öhdəliyini davam etdirir və rəqəmsal imkanlarını genişləndirərək hüquqi şəxslər və fərdi sahibkarlara İnternet bankçılıq xidməti vasitəsilə köçürmələr aparmaq, əməliyyatları izləmək və maliyyə sənədlərinə bank şöbəsinə müraciət etmədən çıxış əldə etmək imkanı yaradır.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












