“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan və Çin arasında poçt, elektron ticarət və logistika infrastrukturu sahələrində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub.
Həmçinin 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü münasibətilə poçt markasının buraxılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Çinin elektron ticarət platformaları ilə “Azərpoçt” arasında əməkdaşlıq əlaqələrinin yaradılması, poçt və kommersiya göndərişlərinin daşınması, emalı və son təyinat ünvanına çatdırılması imkanları da nəzərdən keçirilib.
Bununla yanaşı, “Azərpoçt”un logistika infrastrukturunun modernləşdirilməsi məqsədilə avtomatlaşdırılmış çeşidləmə xətləri və digər müasir texnoloji avadanlıqlar istehsal edən Çin şirkətləri barədə məlumatların təqdim olunması təklif edilib.
Müvafiq şirkətlər müəyyənləşdirildikdən sonra tərəflər arasında texniki görüşlərin keçirilməsi, eləcə də texnoloji həllər və avadanlıqlarla bağlı təqdimatların təşkil olunması nəzərdə tutulur.




Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












