“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC müştərilərinə daha rahat və təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaq məqsədilə “AzPostMobile” tətbiqində “AZQR” funksiyasını istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, “AZQR” Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir.
Yeni funksiya istifadəçilərə ticarət və xidmət obyektlərində, POS-terminal və kassa həllərində, eləcə də onlayn mağazalarda yaradılan QR kodları smartfon vasitəsilə skan edərək ödəniş aparmaq imkanı verir.
“AZQR” vasitəsilə ödəniş zamanı kart məlumatlarının tətbiqə və ya brauzerə daxil edilməsinə ehtiyac yaranmır. Ödəniş birbaşa istifadəçinin mobil tətbiqi üzərindən biometrik təsdiq və ya şifr vasitəsilə baş tutur. Beləliklə, istifadəçilər kart və ya pul kisəsi daşımadan ödənişlərini saniyələr ərzində həyata keçirə bilərlər.
Sözügedən funksiya ödəniş prosesinin sadələşdirilməsinə, kassalarda növbələrin azalmasına və əməliyyatların daha operativ həyata keçirilməsinə xidmət edir.
Qeyd edək ki, nağdsız ödənişlərin icrasını təmin edən “AZQR” funksiyası “Azərpoçt”a məxsus https://stamps.az/, www.smartpay.azvə www.postcargo.az saytlarında da aktivdir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












