“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin “AZINCLOUD” xidməti istifadəçilərə öz bulud infrastrukturlarını yaratmağa imkan verir.
Avtosfer.az xəbər verir ki, bunun üçün istifadəçilər xidmət ofisinə müraciət etmədən, www.azincloud.az platforması üzərindən onlayn qeydiyyatdan keçərək cəmi bir neçə dəqiqə ərzində özlərinə aid “bulud” infrastruktur mühitini yarada bilərlər.
Platforma istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur, fasiləsiz 24/7 texniki dəstək şəraiti yaradır.
Bu imkanlar şirkətlərə texniki işlərə vaxt itirmədən daha rahat işləməyə, xərclərini nəzarətdə saxlamağa, məlumatlarını təhlükəsiz qorumağa, sistemlərini asanlıqla genişləndirməyə və ehtiyac olduqda nəzarət etməyə imkan verir. Eyni zamanda çevik bulud idarəetməsi, müxtəlif əməliyyat sistemləri, bulud marketi, real vaxt monitorinqi və digər həllər sayəsində istifadəçilər infrastrukturlarını sürətli şəkildə inkişaf etdirə bilərlər.
“İstifadə etdiyin qədər ödə” prinsipi əsasında fəaliyyət göstərən AZINCLOUD istifadəçilərin yalnız faktiki olaraq yararlandıqları bulud resursları və xidmətlər üzrə ödəniş etməsini nəzərdə tutur və bu da xərclərin optimallaşdırılmasına, büdcənin daha səmərəli idarə olunmasına imkan yaradır. Burada istifadəçilərin resurs tələblərinə uyğun paketlər də təklif olunur.
AZINCLOUD Avropanın ən böyük bulud provayderi “Gcore” ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Platformanın əsas hədəfi biznes mühitində rəqəmsallaşma proseslərini daha da sürətləndirmək, müasir bulud həlləri vasitəsilə Azərbaycanda fəaliyyət göstərən biznes və fərdlərin texnoloji imkanlarını artırmaq, onların daha çevik, təhlükəsiz və rəqabətə davamlı fəaliyyətini təmin etməkdir. Əlavə məlumat üçün www.azincloud.az saytnı ziyarət edə bilərsiniz.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












