“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirdi - FOTOLAR

“AzInTelecom” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində ağacəkmə aksiyası keçirib.
Avtosfer.az xəbər verir ki, Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümünə həsr edilmiş aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib. Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisində ümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarma işi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmiş ərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığı bərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə vermək olub.
Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Qayıdış könüllüləri”nin dəstəyi ilə həyata keçirilib.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












