“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurdu

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə yaradılıb.
Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib.
Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq. Dövlətə məxsus məlumatların emalı üçün daha təhlükəsiz mühit formalaşacaq və bu potensial Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək.
Hazırda Superkompüter Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni “GPU” çiplərinin alınması istiqamətində müvafiq işlər davam etdirilir.
Qeyd edək ki, “AzInTelecom” ölkənin ən böyük “bulud” xidmətləri provayderi, həmçinin “Hökumət buludu” layihəsinin icraçısıdır. Hazırda Bakı və Yevlax şəhərlərində “AzInTelecom”a məxsus “TIER III” sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir. Abşeron və Hacıqabul rayonlarında daha iki data mərkəzinin tikintisi isə davam edir.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












