“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində - FOTOLAR

“AzInTelecom” MMC yerli və regional maliyyə institutlarının iştirakı ilə keçirilən “Baku Fintech Forum 2025” tədbirində iştirak edib.
Avtosfer.az xəbər verir ki, oktyabrın 9-u Bakıda keçirilən forumda “AzInTelecom” interaktiv stendi ilə çıxış edib. Stenddə tədbir iştirakçılarına şirkətin rəqəmsal xidmət və məhsulları ilə bağlı məlumat verilib.
Forum çərçivəsində “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək biometriya texnologiyasının maliyyə sahəsində yaratdığı üstünlüklərdən danışıb. O, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsulların maliyyə sektoruna inteqrasiyasını banklar və maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığın nəticəsi kimi qiymətləndirib. Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 15-nin SİMA məhsullarından istifadə etdiyini vurğulayıb. Fərrux Fərəcullayev, həmçinin qeyd edib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyası tam başa çatdırılıb və hazırda sahibkarlar “6AYPULSUZ” promokodu ilə xidmətlərdən altı ay müddətinə ödənişsiz istifadə edə bilirlər.
“Baku Fintech Forum” rəqəmsal bankçılıq və ödənişlər, maliyyə texnologiyalarında təhlükəsizliyin gələcəyi və dayanıqlı ekosistemin qurulması kimi mühüm mövzular ətrafında panel sessiyaları ilə yadda qalıb. Panel müzakirələrdə “fintex” istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. “AzInTelecom” əməkdaşları digər iştirakçılarla yeni əməkdaşlıqların qurulması və şəbəkələşmə imkanlarını müzakirə ediblər.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.
![]()
![]()
![]()
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












