“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri – GITEX AI 2026-da iştirak edib.
Avtosfer.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində qlobal ekspertləri bir araya gətirib.
“AzInTelecom” tədbirdə stendlə təmsil olunaraq şirkətin qabaqcıl texnoloji həllərini və rəqəmsal xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.
Şirkətin tədbirdə iştirakının əsas məqsədi beynəlxalq texnologiya ekosistemində mövqeyini gücləndirmək, strateji tərəfdaşlıqları genişləndirmək, eləcə də rəqəmsal həllərini qlobal bazarda tanıtmaq olub.
Tədbir zamanı “AzInTelecom” baş direktorunun müşaviri Fərid İsmayılzadə panel müzakirələrdə çıxış edərək dövlət və biznes üçün rəqəmsal etimadın əhəmiyyətindən danışıb. O, saxta kimliklərə qarşı biometrik texnologiyaların vacibliyini və blokçeyn əsaslı maliyyə əməliyyatlarının etibarlılığını vurğulayıb. Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev isə Azərbaycanda “Lenovo” ilə tərəfdaşlıq çərçivəsində NVIDIA çipləri ilə təchiz edilmiş ilk Superkompüter Mərkəzinin yaradılmasının strateji əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir çərçivəsində “AzInTelecom” və “Gcore” şirkətlərinin birgə təşkilatçılığı ilə stenddə interaktiv vorkşop keçirilib. Vorkşopun sonunda təşkil olunan viktorinada qalib gələn iştirakçıya şirkətin ictimai bulud platforması olan “AZINCLOUD” xidmətlərindən istifadə üçün 1000 manatlıq vauçer təqdim edilib. Əlavə 2 iştirakçı isə müxtəlif hədiyyələr qazanıb.






Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












