“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçdi - FOTO

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC daha iki beynəlxalq nüfuzlu sertifikasiya prosesini uğurla tamamlayıb.
Avtosfer.az xəbər verir ki, ilk olaraq şirkətə məxsus Yevlax Ehtiyat Data Mərkəzi üçün ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatı (4.0.1 versiyası) əldə edilib.
Eyni zamanda ötən il Bakı Əsas Data Mərkəzi üçün əldə edilmiş sertifikat yenilənib.
Sertifikatın əldə olunması məqsədilə səlahiyyətli şirkət tərəfindən ilkin qiymətləndirilmə aparılıb, daha sonra müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində data mərkəzinin maliyyə qurumlarına “bulud” xidmətləri göstərmə uyğunluğu beynəlxalq səviyyədə təsdiqlənib.
“AzInTelecom”un uğurla başa vurduğu ikinci sertifikasiya prosesi isə keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunluğunu və davamlı inkişaf öhdəliyini təsdiqləyən “Test Maturity Model Integration” (TMMi – Level 2) sertifikatının əldə edilməsi olub.
“TMMi” sertifikasiyası proqram təminatlarının sınaq proseslərinin peşəkarlığını qiymətləndirmək üçün beynəlxalq modeldir. Bu modelin tətbiqi şirkətlərə test proseslərini sistemləşdirməyə, riskləri azaltmağa və məhsulun ümumi keyfiyyətini artırmağa imkan yaradır.
Qeyd edək ki, “AzInTelecom” “PCI DSS” sertifikatının 4.0.1 versiyasını MDB məkanında, “TMMi” sertifikatını isə Azərbaycanda əldə edən ilk şirkətdir.
“AzInTelecom” haqqında
“AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə şirkət müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO












