"AzInTelecom” iki forumda təmsil olundu - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC bizneslərin rəqəmsallaşdırılması ilə bağlı iki tədbirdə - “Comelson İnnovasiya Forumu” və “Mühasib İnkişaf Forumu”nda iştirak edib.
Avtosfer.az xəbər verir ki, 28 fevral tarixində keçirilən “Comelson İnnovasiya Forumu”nda “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Murad Əhmədov SİMA Rəqəmsal Həllər Platformasının imkanları barədə danışıb.
Forum boyu fəaliyyət göstərən xüsusi stenddə isə iştirakçılar şirkətin ən son rəqəmsal məhsulları ilə yaxından tanış olub və əməkdaşlıq imkanları müzakirə edilib.
1 mart tarixində “VM Group Academy” ilə birgə təşkil olunan “Mühasib İnkişaf Forumu”nda “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli çıxış edərək rəqəmsallaşmanın biznes proseslərinə verdiyi töhfələri qeyd edib.
Forumun spikeri Murad Əhmədov “SİMA İmza”nın biznes həlləri mövzusunda çıxış edərək platformanın mühasiblər üçün yaratdığı üstünlüklər barədə danışıb. Forumda 200-dən çox mühasib iştirak edib və interaktiv sessiyada iştirakçılar tərəfindən gələn suallar ətraflı cavablandırılıb. Sonda keçirilən lotereyada seçilən 5 şanslı qalibə xüsusi hədiyyələr təqdim olunub.
Hər iki tədbir “AzInTelecom” üçün biznes icmaları ilə birbaşa təmas qurmaq, innovativ yanaşmaları paylaşmaq və rəqəmsal imza ekosistemini genişləndirmək baxımından uğurlu platforma rolunu oynayıb.






Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












