"AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir - FOTO

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2025”də iştirak edir.
Avtosfer.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən sammitdə “AzInTelecom” nümayəndə heyəti yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar müzakirə edilir.
Bundan başqa, sammitin sərgi ərazisində “AzInTelecom”un interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.
Qeyd edək ki, hər il təşkil olunan “INMerge” Sammiti” regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında birləşdirməkdir. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçi bir araya gəlib.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
















