“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - FOTO - VİDEO

“AzInTelecom” MMC maliyyə rəhbərləri və sahibkarları bir araya gətirən IV “Vergi və Mühasibatlıq Zirvəsi”ndə iştirak edib.
Avtosfer.az xəbər verir ki, “Bahalı səhvlər” konsept mesajı ilə təşkil olunan Zirvədə “AzInTelecom” rəqəmsallaşma üzrə sponsor qismində təmsil olunub.
Tədbirdə şirkət interaktiv stendlə çıxış edib, iştirakçılara rəqəmsal xidmət və məhsullarla bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Murad Əhmədov çıxış edərək bizneslərdə kiçik görünən yanlışların yarada biləcəyi səhvlərdən danışıb. O vurğulayıb ki, ənənəvi elektron imzanın başqasının əlinə keçməsi hallarında yaranacaq risklər sadəcə bir kibertəhlükəsizlik problemi deyil, həm də şəxsi məlumatların oğurlanması, maliyyə dələduzluğu və hüquqi iradənin sui-istifadəsidir. “SİMA İmza” isə imza səlahiyyətinin ötürülməsi məsələsini tam hüquqi və rəqəmsal formada həll etməklə sahibkarlara və şirkət rəhərlərinə proseslərə məsafədən nəzarət etmək imkanı verir.
Zirvə maliyyə qərarlarında risklərin idarə edilməsi, vergi qanunvericiliyindəki aktual məsələlər və əmək münasibətləri haqqında panellər şəklində davam edib.
Qeyd edək ki, artıq sahibkarlar və mühasiblər “SİMA İmza” ilə bütün elektron vergi xidmətinə çıxış əldə edə bilirlər. “6AYPULSUZ” promokodunu yazmaqla biznes tipli rəqəmsal imzadan ilk 6 ay müddətində ödənişsiz yararlanmaq mümkündür.





Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












