“AzInTelecom” IX Beynəlxalq Bankçılıq Forumunda - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20 noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaş olaraq iştirak edib.
Avtosfer.az xəbər verir ki, forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyə sektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsal inkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıran innovativ həllər nümayiş etdirilib.
Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bank xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.
Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdən artıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura filiallara getmədən kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanət yerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsil rəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdir və maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir. Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərə ehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllər platforması barədə daha ətraflı məlumatı sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.





Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












