“AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, görülən tədbirlər çərçivəsində bu günədək 86 813 IMEI kodunun kopyalandığı aşkar edilib və həmin IMEI kodların hər biri “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb.
Eyni zamanda bloklanmış IMEI kodlarla Azərbaycan mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almadan öncə cihazın qutusu üzərində qeyd edilən IMEI kodu “mygov” portalında yoxlamağı və yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












