"AzInTelecom" və Azərbaycan Uşaq Fondunun birgə layihəsi: "SİMA missiyası" kitabı işıq üzü gördü - FOTOLAR

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış "SİMA missiyası" - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub. İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən - "Tanışlıq", "Gələcəyə səyahət" və "Ağalı kəndi" - ibarət olan "SİMA Missiyası" kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumatlar verir.
Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb. Daha sonra "Zəfər" teatrının balaca aktyor heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa nümayiş etdirilib.
Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif illüstrasiyalarla zənginləşdirilən və "TEAS Press" nəşriyyatı tərəfindən 1 500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim olunacaq.
"AzInTelecom" üçün azyaşlıların, xüsusilə də valideyn himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün təşəbbüs göstərəcək.







18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












