“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək - FOTO - VİDEO

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin birgə təşəbbüsü ilə Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən fərdi sahibkarlara dəstək göstərilib.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində yerli sahibkarlara istehsal prosesini daha səmərəli etmək məqsədilə meyvəqurutma avadanlıqları təqdim olunub.
“AzInTelecom” əməkdaşları adıçəkilən regionlara səfər edərək sahibkarların istehsal prosesi ilə yaxından tanış olub, onların fəaliyyəti və ehtiyacları barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda təqdim olunan cihazın imkanları ilə real iş mühitində tanış olublar.
Quba rayonundan olan sahibkar Turan Yusifli təqdim edilən avadanlıqdan quru meyvəli şirniyyat istehsalında, İsmayıllı rayonundan olan sahibkar Asəf Əhmədov isə sirkə və doşab istehsalında istifadə edəcək. Yeni texniki vasitələr istehsal prosesinin daha rahat və sürətli həyata keçirilməsinə, eyni zamanda məhsuldarlığın artırılmasına imkan yaradacaq.
Korporativ sosial məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən “AzInTelecom” kiçik və orta sahibkarlığın inkişafı istiqamətindəki dəstəyini davam etdirəcək.
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












