“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirildi - FOTO

14-16 oktyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” (“Qarabağı yenidənqurma”) – Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçirilib.
Avtosfer.az xəbər verir ki, sərgidə rəqəmsal həllər üzrə tərəfdaş qismində çıxış edən “AzInTelecom” Qarabağdakı infrastrukturun bərpası ilə yanaşı, rəqəmsal inkişafın önəminə də diqqət çəkib.
Şirkətin təqdim etdiyi “bulud” xidmətləri və SİMA Rəqəmsal Həllər platforması vasitəsilə azad edilmiş ərazilərdə texnoloji ekosistemin qurulmasına, vətəndaş və bizneslər üçün rəqəmsal rahatlığın təmininə yönəlmiş təşəbbüslərini nümayiş etdirib.
AZCON Holding-in baş kommunikasiya inzibatçısı Əli Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin gördüyü işlər barədə öz çıxışında qısa məlumat verib.
“AzInTelecom”un əməkdaşı Aysel Əfəndizadə sərgi zamanı təqdimatla çıxış edərək bildirib ki, Qarabağın bərpası həm də rəqəmsal müstəvidə davam edir. O, şirkətin təqdim etdiyi “bulud” texnologiyaları, həmçinin SİMA məhsullarının Qarabağa köç edən insanlara, eləcə də orada fəaliyyət göstərən qurumlara çevik və məsafədən xidmət imkanları təqdim etdiyini bildirib.
Qeyd edək ki, Qarabağın bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin təqdimatı üçün mühüm platforma olan “Rebuild Karabakh” sərgisində müxtəlif yerli və beynəlxalq şirkətlər iştirak edib. “AzInTelecom” MMC sərgidə texnoloji tərəfdaş olmaqla yanaşı, həm də sosial məsuliyyətini nümayiş etdirib.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.






Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












