“Aztelekom” beynəlxalq assosiasiyaya qoşuldu

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC qlobal səviyyədə genişzolaqlı rabitənin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədilə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasına (WBBA) üzv olub.
Avtosfer.az xəbər verir ki, bu üzvlük “Aztelekom”un yalnız ölkə daxilində deyil, qlobal dünyada da texnoloji cəmiyyətin fəal iştirakçısına çevrildiyinin bariz nümunəsidir.
“WBBA” dünyanın müxtəlif ölkələrindən olan telekommunikasiya şirkətləri, texnologiya təminatçıları və tənzimləyici qurumları bir araya gətirən nüfuzlu platformadır. Assosiasiyanın əsas məqsədi genişzolaqlı internetin əlçatanlığını artırmaq, texnoloji innovasiyaları təşviq etmək və rəqəmsal inklüzivliyi gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda bu assosiasiyaya üzv seçilən ilk şirkət məhz “Aztelekom”dur. “Aztelekom”un “WBBA”də təmsil olunması şirkətə qlobal tərəfdaşlıq imkanları, ən son texnologiyalara çıxış, sənaye üzrə qabaqcıl biliklərin paylaşılması və rəqəmsal strategiyaların formalaşmasında iştirak kimi üstünlüklər qazandıracaq.
Xatırladaq ki, “Aztelekom” cari ilin may ayında gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.
Son bir ildə “Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award” və “Gigacity Champion” kimi beynəlxalq mükafatlarla təltif olunan “Aztelekom” ölkə tarixində bu üç mükafatı qazanan ilk sabit şəbəkə provayderidir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












