“Aztelekom” bu layihə çərçivəsində növbəti təlim keçirdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Avtosfer.az xəbər verir ki, layihənin məqsədi müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələri çərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər təşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.
Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər üzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasında keçirilib.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












