“Aztelekom” bu mərkəzləri müasir telekommunikasiya xidmətləri ilə təmin edib

“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlara çıxışının artırılmasına yönəlmiş layihələrə dəstəyini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində bir sıra texniki və infrastruktur dəstəyi həyata keçirilib.
Görülən işlər çərçivəsində İçərişəhər, Bakıxanov və Mingəçevir YAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları ilə tam təchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internet infrastrukturu qurulub və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilib.
Həyata keçirilən bu təşəbbüslər YAŞA mərkəzlərindən faydalanan yaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyinin artırılmasına, onların asudə vaxtlarının daha səmərəli təşkilinə əlavə imkanlar yaradır.
“Aztelekom” MMC cəmiyyətin müxtəlif qruplarını əhatə edən sosial yönümlü layihələrə töhfə verməyə və rəqəmsal inklüzivliyin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












