“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb.
Avtosfer.az xəbər verir ki, mükafat İspaniyanın Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum 2026” zamanı təqdim olunub. Təltif rəqəmsal transformasiya və telekommunikasiya sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata keçirilib.
“Ultra-Broadband Resilient Network for AI Development” mükafatı genişzolaqlı və tam optik şəbəkə arxitekturasının qurulması, yüksəkötürücülü bağlantı imkanlarının yaradılması, hesablama gücündən səmərəli istifadə və şəbəkə dayanıqlılığının təmin edilməsi sahəsində qabaqcıl təcrübələri qiymətləndirir.
Təqdim olunan mükafat “Aztelekom”un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu yanaşma ölkədə rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, biznes və dövlət qurumları üçün dayanıqlı bağlantı imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt əsaslı həllərin tətbiqi üçün zəruri texnoloji bazanın formalaşmasına xidmət edir.
“Aztelekom” bundan sonra da ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və genişzolaqlı internet xidmətlərinin daha dayanıqlı və əlçatan şəkildə təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












