“Aztelekom” fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
Avtosfer.az xəbər verir ki, yeni tariflər istifadəçilərə müasir rəqəmsal tələblərə cavab verən daha yüksək sürət, stabil bağlantı və geniş istifadə imkanları təklif edir. Bu tariflərin tətbiqi, xüsusilə video və yayım platformalarından istifadə, onlayn oyunlar, məsafədən iş və təhsil, eləcə də eyni anda çoxsaylı cihazların şəbəkəyə qoşulması kimi gündəlik rəqəmsal ehtiyacların daha keyfiyyətli şəkildə qarşılanması məqsədi daşıyır.
Yeni 500 Mbit/s və 1000 Mbit/s sürətli tariflərin istifadəyə verilməsi ölkədə yüksəksürətli internet xidmətlərinin inkişafına töhfə verməklə yanaşı, həm fərdi istifadəçilər, həm də biznes üçün daha geniş imkanlar yaradır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir.
Qeyd edək ki, “Aztelekom” son illərdə ölkənin genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirib. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində şirkət ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Nəticə etibarilə fiber-optik internetin əhatə səviyyəsi təxminən 13 dəfə artaraq ölkə əhalisinin, demək olar ki, 100 faizinə yaxınlaşıb. Eyni zamanda 3 milyondan çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli fiber-şəbəkə ilə əhatə olunub.
Son illərdə görülən işlər nəticəsində “Aztelekom” ölkə tarixində ilk dəfə 5 beynəlxalq mükafat qazanaraq “Ən sürətli sabit şəbəkə” daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təltiflərə layiq görülüb.
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev












