“Aztelekom” “GCORE” ilə yeni əməkdaşlığa başladı

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC məzmun çatdırılma üzrə qlobal lider şirkətlərindən olan “GCORE” ilə tərəfdaşlıq əldə edərək Azərbaycan üzrə əsas tərəfdaş statusunu qazanıb.
Avtosfer.az xəbər verir ki, bu əməkdaşlıq həm texnoloji, həm də strateji baxımdan Azərbaycanın Regional İnternet Haba çevrilməsi istiqamətində mühüm addım hesab olunur və ölkənin beynəlxalq internet infrastrukturundakı mövqeyini daha da möhkəmləndirir.
Məzmun Çatdırılma Şəbəkəsi (CDN) texnologiyası internetdə video, oyun, proqram yeniləmələri və digər məzmunların istifadəçiyə daha sürətli, sabit və etibarlı şəkildə çatdırılmasını təmin edən müasir sistemdir. Sözügedən texnologiya sayəsində məlumat coğrafi cəhətdən istifadəçiyə daha yaxın serverlər vasitəsilə təqdim olunur, bu da xidmət keyfiyyətini və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yüksəldir.
Tərəfdaşlıq çərçivəsində CDN infrastrukturunun qurulmasının ilk mərhələsi uğurla yekunlaşıb və nəticələr artıq özünü göstərməkdədir. Yeni sistem sayəsində trafikin idarə olunması daha çevik, infrastruktur daha optimallaşdırılmış hala gətirilib. Bu həm texniki səmərəliliyi artırıb, həm də xərclərin azaldılmasına mühüm töhfə verib.
Hazırda “Aztelekom”un CDN sistemi qlobal miqyasda fəaliyyət göstərən sosial şəbəkələrin və oyun şirkətlərinin məzmununu regiondakı istifadəçilərə daha sürətli və etibarlı şəkildə çatdırır. Yeni başlayan tərəfdaşlıq nəticəsində dünyanın aparıcı media və texnologiya şirkətləri ilə yanaşı, “Wargaming”, “Funcom”, “Sandbox İnteractive”, “Nitrado”, “Photon”, “Fawkes Games”, “Saber Interactive” kimi şirkətlər də bu sıraya daxil edilib.
Qeyd edək ki, son 5 ildə “Meta”, “Google”, “Akamai”, “Tencent”, “Cloudflare” və digər qlobal “bulud” infrastruktur liderləri (hyperscalers) olan şirkətlərlə qurulan geniş əməkdaşlıqlar sayəsində “Aztelekom” ölkədə ən iri tərəfdaşlıq portfelinə sahib qurumlardan birinə çevrilib.

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












