“Aztelekom” ilk dəfə günəş enerjisi ilə işləyən stansiyalarını istismara verdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlığını artırmaq və alternativ enerji həllərini genişləndirmək istiqamətində yeni mərhələyə başlayıb.
Avtosfer.az xəbər verir ki, şirkət ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT (Optik Xətt Terminalı) stansiyalarında günəş enerjisi sistemlərini quraşdıraraq alternativ enerji qida mənbəyi formalaşdırıb.
Layihə çərçivəsində hər iki stansiyada 5 kVt gücündə günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya olunmuş günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub. Mollakənd kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq günəş sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil prosesi tamamlanıb.
Tətbiq olunan həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.
Qeyd edək ki, “Aztelekom” 2026-cı il ərzində bərpa olunan enerji mənbələrinin tətbiqini digər ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












