“Aztelekom” MMC infrastruktur bazasını yeniləyir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün infrastruktur bazasını gücləndirir.
Avtosfer.az xəbər verir ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.
“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə quraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindən daşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin 3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












