“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Avtosfer.az xəbər verir ki, layihənin məqsədi müəllimlərin internetdən səmərəli və təhlükəsiz istifadə imkanlarını daha da gücləndirmək, rəqəmsal savadlılığın inkişafına dəstək olmaq və onlayn təhlükələrdən qorunma sahəsində məlumatlılığı artırmaqdır.
Layihə çərçivəsində növbəti təlimlər Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə – Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən 100-dən çox müəllim üçün onlayn şəkildə təşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.
Sessiyalar real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulan interaktiv formatda keçirilib.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. Eyni zamanda Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən müəllimlər üçün də onlayn təlimlər təşkil olunub.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












