“Aztelekom” Qarabağda hansı işləri görüb? - Hesabat

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində fəaliyyətini davam etdirir. Son bir il ərzində bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir telekommunikasiya xidmətləri ilə təmin olunub.
Avtosfer.az xəbər verir ki, hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.
Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.
“Aztelekom” MMC gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı telekommunikasiya infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












