“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.
Avtosfer.az xəbər verir ki, yeni veb-sayt müasir dizayn, təkmilləşdirilmiş istifadəçi interfeysi, daha rahat istiqamətləndirmə və mobil cihazlara uyğunlaşdırılmış funksionallıqla yanaşı, “Aztelekom”un bütün xidmətlərinə hərtərəfli çıxışı təmin edərək istifadəçilərə çevik və rahat rəqəmsal təcrübə təqdim edir.
Yenilənmiş platforma vasitəsilə istifadəçilər xidmətlər haqqında daha operativ məlumat əldə edə, onlayn müraciətlər göndərə, məhsul və həllərlə tanış ola, eləcə də rəqəmsal xidmətlərdən daha rahat yararlana bilərlər.
“Aztelekom”un rəqəmsal transformasiya strategiyası çərçivəsində aparılan bu yenilənmə müştəriyönümlü yanaşmanın və innovativ həllərin daha da gücləndirilməsinə xidmət edir.
Yenilənmiş veb-sayt 16.07.2026-cı il tarixindən etibarən istifadəyə açıqdır. Platformadan yararlanmaq və ətraflı məlumat əldə etmək üçün sayta (https://www.aztelekom.az/ ) daxil olmaq mümkündür.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












