“Aztelekom”un tərkibində Qarabağ Regional Filialı yaradıldı

Ölkə üzrə xidmətlərin daha çevik və səmərəli təşkili məqsədilə AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib. Bu dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.
Avtosfer.az xəbər verir ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nin tərkibində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.
Qarabağ Regional Filialının yaradılması, sadəcə struktur dəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanın sürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təmin olunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə, sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarının artmasına töhfə verir.
Qarabağ Regional Filialının yaradılması həmçinin bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 Regional Filial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla, ümumilikdə 15 idarəetmə vahidindən ibarətdir. Bu struktur modelləşməsi bölgələr üzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlü xidmətlərin daha operativ və keyfiyətli şəkildə göstərilməsinə imkan yaradır.
“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini səmərəlilik, keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirməkdə qərarlıdır.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












