“Aztelekom”un xidmət keyfiyyəti artırıldı

AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib.
Avtosfer.az xəbər verir ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.
Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.
“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












