Bahar Muradovadan qadınlarla bağlı ÇAĞIRIŞ - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender əsaslı zorakılıqla mübarizə məqsədilə başladılan “Qadınlara və qızlara dəstək olaq” layihəsi çərçivəsində çağırış edib.
Bu barədə qurumun rəsmi “Facebook” səhifəsində videogörüntü yerləşdirilib.
O bildirib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair “2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsini üçün səy göstərilir.
“Biz tərəfdaşlarımızla birgə güclünün zəif üzərində hökmranlığını dəstəkləyən sosial normalara qarşı vahid cəbhədə birləşərək qadın hüquqlarının təmin edilməsi və hər cür zorakılıqdan qorunması üçün birgə çalışacağıq, imkanlarımızı səfərbər edərək insan ləyaqətini alçaldan, ona fiziki, iqtisadi və psixoloji zərər vuran bu sosial bəlaya qarşı mübarizə aparacağıq.
Cəmiyyətimizin hər bir fərdinin sevgi və qayğıya layiq olduğunu nəzərə alaraq, hər kəsə və hamıya gəlin Gücümüzü deyil, Sevgimizi göstərək, deyəcəyik”.
O qeyd edib ki, statistik məlumatlara əsasən, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib:
“Bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb ki, onlardan 1038 nəfəri, təəssüf ki, qadındır”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












