Bakı aeroportundan Formula 1-lə bağlı sərnişinlərə MÜRACİƏT

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran Prisi 2025” ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, ölkəmizə gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.
Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:
• Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.
• Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.
• Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.
• Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.
• “Aeroexpress” xidmətindən istifadə etmək: “28 May” metro stansiyasından hava limanına rahat və tıxacdan kənar çatmaq üçün “Aeroexpress” ictimai nəqliyyatından yararlanın.
• Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
• Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
• Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi öncədən planlaşdırmaqla siz rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişinizi təmin edə bilərsiniz.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












